"300 minə satmaq fikrimiz yoxdu, qiyməti 1 milyon avrodu"

14 İyul 2019 15:48 Avropa Liqası 1 298
"300 minə satmaq fikrimiz yoxdu, qiyməti 1 milyon avrodu"

"Səbail"in Avropa Liqasının I təsnifat mərəhələsindəki rəqibi "Universitatya Krayova" daha bir futbolçunu transfer etmək niyyətindədi.

Sportinfo.az xəbər verir ki, Krayova təmsilçisi "Sepsi"nin müdafiəçisi Florin Ştefana "elçi düşüb".

Bunu "Sepsi"nin sahibi Laslo Dioseqi də təsdiqləyib. Lakin onlar futbolçunu ucuz qiymətə satmayacaqlar.

Klub rəhbəri "Universitatya Krayova" ilə yanaşı, Rusiya klublarından da 23 yaşlı sol cinah oyunçusu üçün təklif aldıqlarını açıqlayıb.

O, futbolçunun transfer qiymətinin 1 milyon avro olduğunu da söyləyib:

"Bizim Ştefanı 300 minə satmaq fikrimiz yoxdu. Hazırkı transfer bazarına əsasən, onun qiyməti 1 milyon avrodu".

"Universitatya Krayova" Avropa Liqasının I təsnifat mərəhələsinin Bakıda keçirilən ilk oyununda "Səbail" üzərində 3:2 hesablı qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti