Azərbaycan təmsilçiləri Avropa Liqasında mübarizəyə qoşulub.
Sportinfo.az xəbər verir ki, Premyer Liqanın gümüş mükafatçısı "Neftçi" səfər oyununa çıxıb.
Roberto Bordinin komandası Moldovada "Sperantsa"nın qonağı olub. Səfərə Soni Mustivar və Baqali Dabosuz yollanan "flaqman" rəqibi ilə "Zimbru" stadionunda üz-üzə gəlib.
Cütlüyün favoriti sayılan "ağ-qaralar" Moldovaya yollanan azarkeş dəstəyi sayəsində evə sərfəli nəticə ilə dönməyə çalışıb.
Paytaxt klubu rəqibini səfərdə 3 cavabsız qolla məğlub etməklə cütün taleyini elə ilk 90 dəqiqədə həll edib.

