“Speranta”nın baş məşqçisi Kristian Efros Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Sportinfo.az xəbər verir ki, o, doğma meydanda 0:3 hesabıyla uduzduqları görüşdən sonra təşkil olunan mətbuat konfransında əvvəlcə darmadağını şərh edib:
- Futbolçularımdan oyunun çox hissəsinə görə razı qaldım. Hesab onu göstərdi ki, nəticədə 3-cü şəxslərin rolu oldu. Əlbəttə, üzücüdü. Rəqibin yerində olsaydım, qələbəyə sevinməzdim. Gülməli idi.
3-cü şəxslər deyəndə, kimləri nəzərdə tutursunuz? Hakimləri?
- Növbəti suala keçin. Hakimlərin idarəçiliyini siz təhlil edin. Bu axşam daha çox onun qərarları ön planda idi.
"Neftçi"nin hansı zəif tərəflərini nəzərdə tutmuşdunuz ki, bundan istifadə etməli idiniz?
- Müdafiə xəttini nəzərdə tuturdum. Qol imkanlarımız vardı, vura bilmədik. Əks-hücumlarımız daha təhlükəli idi. Qolları 3-cü şəxslər vurdular.
Belə çıxır ki, cavab matçı formal olacaq?
- Hələ hazırlaşmağa bir həftə vaxtımız var. İlk oyunu təhlil edəcəyik.
Niyə ikinci hissə başlayandan sonra meydana daxil oldunuz?
- Həmişə belə edirəm, komanda çıxır, sonra mən.
Niyə ikinci hissə başlayan kimi bütün baş məşqçilər kimi "texniki zona"da olmursunuz?
- Fikir verdinizcə, meydanı hərlənərək ora getməli oldum. Useyn Bolt deyiləm ki, tez çatım.
Niyə aqressivsiniz?
- Konkret nəyi nəzərdə tutursunuz?
Suallarımıza aqressiv cavab verirsiniz. Niyə "Neftçi"nin qələbəsinə kölgə salırsınız?
- Belə qələbəyə niyə sevinəsən ki? Şəxsən mən sevinməzdim. Mən belə insanam. Öz fikrimi deyirəm. Belə qələbə olsaydı, bir həftə yata bilməzdim. Rəqibi nəzərdə tutmuram. Sadəcə, öz düşüncələrimi sizə bildirirəm.
Roberto Bordini "Şerif"dən məğlub yola salmışdınız. Belə çıxır ki, sizdən revanş aldı?
- Belə də demək olar.

