Əsgərovun komandası Avroliqaya heç-heçəylə başladı

12 İyul 2019 08:12 Avropa Liqası 575
Əsgərovun komandası Avroliqaya heç-heçəylə başladı

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi Latviyanın “Liepaya” klubu da ilk matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Belarusun “Dinamo” (Minsk) ilə üz-üzə gəlib. “Bakı”nın sabiq baş məşqçisi Aleksandr Starkovun çalışdırdığı futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Vüqar bu görüşün iştirakçısı olmayıb. Starkov millimizin sabiq forvardını sonadək ehtiyatda saxlayıb.

Bu komandalar arasındakı cavab qarşılaşması bir həftə sonra Minskdə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti