“Qəbələ”nin potensial rəqiblərinin oyununda 6 cavabsız qol

12 İyul 2019 08:00 Avropa Liqası 486
“Qəbələ”nin potensial rəqiblərinin oyununda 6 cavabsız qol

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, bu turnirdə mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq “Qəbələ”nin potensial rəqibləri də ilk oyunda üz-üzə gəliblər.

Söhbət Gürcüstanın “Dinamo” (Tiflis) və Andorranın “Enqordani” klublarından gedir. Bu kollektivlər arasındakı ilk oyun Tiflisdə baş tutub.

Gürcüstan klubu qarşılaşmadan 6:0 hesablı qələbəylə ayrılıb və demək olar ki, cütün taleyini elə ilk oyundaca həll edib.

Andorra klubunun cavab matçında geridönüş etməsi mümkünsüz görünür. Bu üzdən də artıq “Qəbələ”nin 2-ci təsnifat mərhələsində məhz “Dinamo”yla qarşılaşacağını inamla söyləmək olar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti