"Neftçi" bu ilki reallaşdırdı

12 İyul 2019 00:50 Avropa Liqası 791
"Neftçi" bu ilki reallaşdırdı

"Neftçi" avrokuboklarda tarixi nailiyyətə imza atıb.

Sportinfo.az xəbər verir ki, flaqman ilk dəfə səfərdə böyük hesablı qələbəyə imza atıb.

Bu, Avropa Liqasının I təsnifat mərhələsində Moldovada "Sperantsa" ilə ilk oyuna təsadüf edib - 3:0.

Ümumilikdə isə bu, "Neftçi"nin darmadağınla qalib gəldiyi ikinci avrokubok matçı olub.

Daha əvvəl "ağ-qaralar" 2012-2013 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda Gürcüstan "Zestafoni"sini eyni hesabla udub.

"Neftçi" "Sperantsa" ilə cavab görüşünü iyulun 18-də "Bakcell Arena"da keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti