Azərbaycan klubunun heç bir futbolçusu ona lazım deyil

12 İyul 2019 00:10 Avropa Liqası 972
Azərbaycan klubunun heç bir futbolçusu ona lazım deyil

“Universitatya Krayova"nın baş məşqçisi Korneliu Papure Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Səbail”ə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis 3:2 hesabıyla qələbə qazandıqları matçdan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

- Yaxşı oyun alındı. 3 qol vurduq, başqa şanslarımız da oldu. 2 lazımsız qol buraxdıq. Oyunçularımın çıxışından çox razı qaldım. Avropa Liqasında 26 il sonra ilk qələbəmizi qazandıq. Ümid edirəm ki, bundan sonra da yaxşı nəticələr qazanarıq.

Demək olarmı ki, növbəti mərhələ üçün əsas favorit sizsiniz?
- Əlbəttə, səfər oyununda 3 qol vurmaq yaxşıdı. Biz favoritik, başqa heç nə haqda düşünmək düz deyil. Əsas olan motivasiyasımızı qorumaqdı.

Kifayət qədər şans qazandız, amma əksər şanslardan yararlana bilmədiz. Bunu meydança amilinə bağlamaq olar?
- Kifayət qədər şansımız var idi, ən böyüyü də son dəqiqədə. Çoxlu səhvlər etdik, ancaq bu mövsümün əvvəli olduğu üçün normal sayıla bilər.

“Səbail”də "Real" və "Çelsi"də oynamış Maykl Essyen var idi. Siz isə 16 yaşlı futbolçuya debüt şansı verdiniz...
- Onun üçün debüt önəmli idi. Daha önəmlisi karyerasını düşünməlidi. O, öz üzərində çalışsa, Essyen kimi güclü klublarda çıxış edər.

2 lazımsız qol buraxdığınızı dediz. Burada qol buraxmadan qələbə qazanmaq istəyirdiz?
- Qolların biri standart vəziyyətdən, biri də bizim top itkimizdən oldu. Qol buraxmamaq komanda üçün müsbət haldı.

Rəqib komandanın heyətindən kimi öz komandanıza götürərdiz?
- Rəqibin yarımmüdafiəsində yaradıcı, keyfiyyətli oyunçular var idi. Rahid Əmirquliyev və Yevgeni Koçuku xüsusilə fərqləndirərdim. Heyətimizdə kimi görmək istərdim deyə bir düşüncəm yoxdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti