Avropa Liqasi "Səbail"in başı üçün deyil - VİDEO

11 İyul 2019 23:12 Avropa Liqası 631
Avropa Liqasi "Səbail"in başı üçün deyil - VİDEO

"Səbail" avrokubokda debüt edib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının bürünc medalçısı Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Rumıniyadan "Universitatya"nı qəbul edib.

Matç qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hesabı 13-cü dəqiqədə Krayova təmsilçisinin futbolçusu Aleksandru Mateyu açıb.

Bundan 20 dəqiqə sonra Ağabala Ramazanov Azərbaycan futbolundakı ənənəvi künc zərbəsini qolla tamamlayıb - 1:1.

Lakin qonaqlar 51-ci və 67-ci dəqiqələrdə daha 2 qol vurublar. Müvafiq olaraq Nikuşor Banku və Mixay Roman fərqlənib. Görüşün 82-ci dəqiqəsində Ramazanov hesabı 2:3 edib.

Bu oyunda vurulan son qol olub. Bu komandalar arasında cavab matçı iyulun 18-də Krayovada olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti