"Biz təkcə "Səbail"i yox, növbəti mərhələdəki rəqibi də keçməliyik"

11 İyul 2019 18:00 Avropa Liqası 518
"Biz təkcə "Səbail"i yox, növbəti mərhələdəki rəqibi də keçməliyik"

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Səbail"in qonağı olacaq "Universitatya Krayova"nın prezidenti Sorin Kartu komandasının şanslarını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, yerli mətbuata qısa açıqlama verən klub rəhbəri növbəti mərhələ şanslarının yüksək olduğunu söyləyib:

"Əvvəlki illərlə müqayisədə komandamız indi daha güclüdü. Futbolçularımız böyük hədəflərə nail olmaq gücündədilər. Biz təkcə "Səbail"i yox, növbəti mərhələdəki rəqibi də keçməliyik".

Bu gün "ASCO Arena"da keçiriləcək "Səbail" - "Universitatya Krayova" oyunu saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti