“Səbail”in Essyendən başqa da yaxşı oyunçuları var”

11 İyul 2019 11:00 Avropa Liqası 576
“Səbail”in Essyendən başqa da yaxşı oyunçuları var”

Sportinfo.az xəbər verir ki, “Universitatya Krayova”nın kapitanı Nikuşor Banku Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Səbail”ə qarşı keçirəcəkləri ilk oyundan bəhs edib,

- Bizi çətin oyun gözləyir. Süni örtüklü meydançada oynayacağıq. Buna öyrəşməmişik.

Oyundan sonra Maykl Essyenlə şəkil çəkdirməyi düşünürsüzmü?
- Essyenin yaxşı oyunçu olduğunu bilirəm. Ancaq indi gənc deyil. Onun təcrübəsi var. "Səbail"in Esyyendən də başqa yaxşı oyunçuları var. Sabahkı oyundan sonra fürsət olsa, bəlkə də şəkil çəkdirərik.

Növbəti mərhələ haqda düşünürsüzmü?
- Biz heç vaxt növbəti mərhələ haqda düşünmürük. Çətin oyun olacaq. Mərhələni keçsək, sonra düşünəcəyik.

Sizin favorit olmağınız təzyiqləri artırırmı?
- Mərhələ keçmək asan olmayacaq. Azərkeşlər bizdən qələbə gözləyir. Əlimizdən gələni edəcəyik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti