“Speranta”nın futbolçusu İon Arabaci Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri ilk oyundan danışıb.
Sportinfo.az xəbər verir ki, müdafiəçi bunları söyləyib:
“Oyuna ciddi hazırlaşmışıq. Avrokubokda debüt edəcəyik. Bizim üçün yaxşı oyun göstərmək vacibdi.
Amma nəticə də çox önəmlidi. İlk dəfə belə turnirdə oynayacağıq.
Məşqçi heyətimiz bizə “Neftçi” barədə yetərincə məlumat verib.
Texnikalı komandadı. Yaxşı oyun göstərərək azarkeşlərimizi sevindirmək istəyirik”.

