“Neftçi” Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı “Speranta” ilə oyundan öncə son məşqinə çıxıb.
Sportinfo.az xəbər verir ki, “Zimbru” stadionunda keçirilən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
“Speranta” – “Neftçi” matçı bu gün “Zimbru” stadionunda baş tutacaq və saat 21:00-da start götürəcək. Görüş “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.

