“Rəqib güclüdü, 90 dəqiqə mübarizə aparmağa hazırıq.
Ötənilki səhvləri buraxmaq istəmirik”.
Sportinfo.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Kiril Petrov deyib.
Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Moldovada “Speranta”ya qarşı keçirəcəkləri ilk oyun barədə danışan müdafiəçi bildirib ki, rəqibi yaxşı analiz ediblər və bu barədə danışmaq istəmirlər:
"Baş məşqçi bizə onların zəif və güclü tərəflərini göstərib. Yaxşı nəticə əldə etməyə çalışacağıq".
İyulun 11-də "Zimbru" stadionunda keçiriləcək "Speranta" - "Neftçi" matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

