"Neftçi"nin potensial rəqibindən 2 milyonluq təklif

10 İyul 2019 08:48 Avropa Liqası 508
"Neftçi"nin potensial rəqibindən 2 milyonluq təklif

"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi "Arsenal" heyətinə yeni futbolçu qatmaq niyyətindədi.

Sportinfo.az xəbər verir ki, Tula təmsilçisi "Rostov"un yarımmüdafiəçisi Reziuan Mirzova "elçi düşüb".

Klublar arasında artıq ilk danışıq olub. "Rostov" 26 yaşlı hücumameyilli oyunçusunu saxlamaqda fikrindədi. Ancaq bu transferdə israrlı olan "Arsenal" qarşı tərəfə 2 milyon avro təklif edib.

"Arsenal" Avropa Liqasının II mərhələsində "Neftçi" - "Sperantsa" cütünün qalibi ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti