“Arsenal”ın həlledici oyuna vəsiqə qazanacağını heç kim öncədən görə bilməzdi“.
Sportinfo.az xəbər verir ki, bu sözlər UEFA-nın icraçı direktoru Martin Kallenə məxsusdu.
O, Ermənistan milllisinin futbolçusu Henrik Mxitaryanın “Arsenal”ın heyətində Avropa Liqasının finalında “Çelsi” ilə oyun üçün Bakıya gəlməkdən boyun qaçırmasına münasibət bildirib:
“Üstəlik, Azərbaycan bizə təhlükəsizlikə bağlı tam təminat verdi. Ona görə də finalı Bakıda keçirməməyimiz üçün heç bir səbəb yox idi.
Bu, futbolçunun şəxsi qərarıdı və hörmətlə yanaşırıq. UEFA siyasi məsələlərdə neytrallığını qoruyur. Təşkilatı baxımdan Mxitaryan bu oyunda iştirak edə bilərdi”.

