UEFA Həsənova iş tapşırdı

10 İyul 2019 10:12 Avropa Liqası 528
UEFA Həsənova iş tapşırdı

FİFA referisi Rəhim Həsənov UEFA-dan təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, Avropa Liqasının I təsnifat mərhələsində iş başında olacaq.

Belə ki, Həsənov Trnava “Spartak”ı ilə Bosniya və Herseqovina klubu “Radnik Bijeljina” arasında Slovakiyada keçiriləcək cavab qarşılaşmasını idarə edəcək.

İyulun 18-də baş tutacaq matçda onun köməkçiləri Namiq Hüseynov və Mübariz Haşımov olacaq. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti