“Neftçi”nin futbolçuları Kişinyovda nə etdi? VİDEO+FOTOLAR

10 İyul 2019 08:36 Avropa Liqası 734
“Neftçi”nin futbolçuları Kişinyovda nə etdi? VİDEO+FOTOLAR

"Neftçi" "Sperantsa" ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda iştirak üçün Moldovanın paytaxtı Kişinyova çatıb.

Sportinfo.az xəbər verir ki, kollektivi gətirən təyyarə Bakı vaxtı ilə saat 21:55-də Kişinyov Beynəlxalq Hava Limanına eniş edib.

Flaqman öncə Bakıdan Türkiyənin İstanbul şəhərinə, oradan isə Moldovaya yola düşüb.

Səfərə çıxanlar arasında Baqali Dabo və Soni Mustivar da var. Lakin onlar ilk matçda meydana çıxa bilməyəcəklər.

Komanda matçın son hazırlığını oyunun keçiriləcəyi "Zimbru" stadionunda edəcək.

"Sperantsa" - "Neftçi" matçı iyulun 11-də, Bakı vaxtı ilə saat 21:00-da "Zimbru" stadionunda başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti