“Neftçi”ni səbirsizliklə gözləyirəm! İndiyə qədər heç vaxt...”

9 İyul 2019 19:36 Avropa Liqası 929
“Neftçi”ni səbirsizliklə gözləyirəm! İndiyə qədər heç vaxt...”

“Bu, karyeramın ən vacib oyunu olacaq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Sperantsa”nın müdafiəçisi Ambassa Fabris Moldova mətbuatına açıqlamasında deyib.

Kamerunlu futbolçu iyulun 11-də Kişinyovda “ağ-qaralar”la keçirəcəkləri matçı böyük maraqla gözlədiyini deyib:

“İndiyə qədər heç vaxt avrokuboklarda oynamamışam. “Neftçi” ilə matçları səbirsizliklə gözləyirəm”.

İyulun 11-də “Zimbru” stadionunda keçiriləcək “Sperantsa” - “Neftçi” oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Komandalar arasında cavab matçı isə 1 həftə sonra “Bakcell Arena”da olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti