“Neftçi”ni analiz etmək indi mənim üçün çətindi"

9 İyul 2019 18:48 Avropa Liqası 682
“Neftçi”ni analiz etmək indi mənim üçün çətindi"

“Neftçi”ni n Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Sperantsa”nın çalışdırıcısı Kristian Efros şansları dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, gənc baş məşqçi üstünlüyün öz tərəflərində olduğunu söyləyib:

“Hazırda onların çempionatında fasilədi. Ona görə də rəqibi analiz etmək mənim üçün çətindi.

Yoxlama matçlarında gördüklərimə əsasən deyə bilərəm ki, sürətli cinah oyunçularının hesabına hücum futbolu oynamağa çalışacaqlar.

Bizim üstünlüyümüz odu ki, Moldova çempionatında hər həftə oyun keçiririk”.

"Neftçi" ilə "Sperantsa" arasında ilk oyun iyulun 11-də "Zimbru" stadionunda keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Bakıda olacaq. Hər iki görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti