“Birincisi, eyni şəhərin iki komandasının finala çıxacağını heç kim gözləmirdi“.
Sportinfo.az xəbər verir ki, UEFA-nın icraçı direktoru Martin Kallen Avropa Liqasının finalının Bakıda keçirilməsi ilə bağlı yolun uzaqlığı ilə əlaqədar səslənən tənqidi fikirlərə münasibət bildirib.
Sitat: “Belə bir şeyin baş vermə ehtimalı minimal idi. Azərbaycan UEFA-nın bir üzvü kimi işinin öhdəsindən çox yaxşı gəldi.
Bəli, şəhər qitənin uzaq küncündə yerləşir və ora getmək elə də asan deyil.
Bunu başa düşürdük və eyni zamanda belə oyunun təşkilini Mərkəzi Avropadan kənarda yerləşən bir ölkəyə həvalə etmək istəyirdik.
Bakı Avropa çempionatının özünə aid hissəsini yüksək səviyyədə təşkil edəcək. Dekabrda bütün iştirakçılar bilinəndən sonra loqistika məsələsini düzgün quracağıq”.

