Bordinin Moldovada mətbuat konfransının vaxtı bilindi

9 İyul 2019 16:48 Avropa Liqası 447
Bordinin Moldovada mətbuat konfransının vaxtı bilindi

Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək "Sperantsa" – "Neftçi" oyunu öncəsi Azərbaycan klubunun son məşqinin və baş məşqçisinin mətbuat konfransının vaxtı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, sabah Roberto Bordin mətbuat önünə çıxacaq.

İtaliyalı mütəxəssis Bakı vaxtı ilə 19:30-da jurnalistlərin suallarını cavablandıracaq. Konfransdan yarım saat sonra isə komandanın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.

İyulun 11-də "Zimbru" stadionunda keçiriləcək “Sperantsa” – “Neftçi” matçı Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti