“Neftçi" yaxşı deyil, onlar neft satırlar, biz isə pomidor”

9 İyul 2019 13:24 Avropa Liqası 639
“Neftçi" yaxşı deyil, onlar neft satırlar, biz isə pomidor”

“Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Sperantsa”nın prezidenti Petru Efros şansları dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, P. Efros maraqlı açıqlaması ilə diqqət çəkib.

O, bildirib ki, cütün taleyini baş məşqçilər həll edəcək: “Başa düşmürəm, niyə “Neftçi”ni favorit sayırlar.

Onlar neft satırlar, biz isə pomidor. Burada heç bir problem görmürəm. Şanslar bərabərdir.

Hər şey Kristian və Bordindən asılıdı. Bordinin sərəncamında güclü futbolçular ola bilər. Amma düşünürəm ki, onlar ən yaxşı deyillər”.

"Neftçi" ilə "Sperantsa" arasında ilk oyun iyulun 11-də "Zimbru" stadionunda keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Bakıda olacaq. Hər iki görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti