“Neftçi” Avropa Liqasının I təsnifat mərhələsində "Sperantsa" ilə keçiriləcək oyun üçün Moldovaya yollanıb.
Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün səfərə çıxıb.
Baş məşqçi Roberto Bordinin kollektivi saat 12:15-də Bakı-İstanbul-Kişinyov marşrutu ilə havaya qalxıb.
İtaliyalı mütəxəssisin ixtiyarında 24 futbolçu var. Komanda matçın son hazırlığını oyunun keçiriləcəyi "Zimbru" stadionunda edəcək.
"Sperantsa" - "Neftçi" görüşü iyulun 11-də baş tutacaq.

