Bu gün Avropa Liqasında I təsnifat mərhələsinə start veriləcək.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçiriləcək. Qarşılaşmalar Malta, Cəbəllütariq və Bolqarıstanda olacaq.
9 iyul
19:55. “Sent Josefs” (Cəbəllütariq) - “Reyncers” (Şotlandiya)
20:00. “Qzira” (Malta) – “Hayduk” (Split, Xorvatiya)
21:30. MOİK (Sofiya, Bolqarıstan) – “Titoqrad” (Monteneqro)
I təsnifat mərhələsinin qalan oyunları 10 – 11 iyulda olacaq. Cümə axşamı “Səbail” Rumıniya “Universitatya”sını qəbul edəcək.
“Neftçi” isə Moldovada “Sperantsa”nın qonağı olacaq. Bu matçlar müvafiq olaraq saat 20:00-da və 21:00-da başlayacaq.

