“Neftçi”nin rəqibi 1/4 finalda

8 İyul 2019 00:50 Avropa Liqası 464
“Neftçi”nin rəqibi 1/4 finalda

Moldova Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, “Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan “Speranta” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv aşağı liqadan olan adaşı - Drokiya "Speranta"sı ilə üz-üzə gəlib.

İlk oyunda rəqibini 6:1 hesabıyla darmadağın edən elita təmsilçisi bu dəfə də 3 cavabsız qola sevinib və növbəti mərhələyə yüksəlib.

"Neftçi" ilə "Speranta" arasında ilk oyun iyulun 11-də Moldovada keçiriləcək və Bakı vaxtı ilə 21:00-da başlayacaq. Cavab matçı isə bir həftə sonra Bakıda baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti