“Neftçi” bu yeri seçdi - FOTO

5 İyul 2019 16:36 Avropa Liqası 734
“Neftçi” bu yeri seçdi - FOTO

“Neftçi”nin Avropa Liqasının ilk oyunu üçün səfər proqramı bəllidi.

Sportinfo.az xəbər verir ki, I təsnifat mərhələsində Moldova “Sperantsa”sı ilə oynayacaq bakılılar səfərə iyulun 9-da çıxacaq.

İyulun 11-də Kişinyovdakı "Zimbru" stadionunda baş tutacaq matçın ertəsi vətənə dönəcək komanda, cavab matçına Bakıda hazırlaşacaq.

Cütün taleyini həll edəcək qarşılaşma ayın 18-də, 8-ci kilometr stadionunda reallaşacaq.

Nisporenı klubunun rəhbərliyi öncədən görüş üçün Orgeyevdəki idman kompleksini sifariş etmişdi.

Lakin Moldovanın digər təmsilçisi "Petrokub"un ilk görüşünü səfərdə keçirməsinə dair UEFA-nın qərarından sonra "Sperantsa" paytaxt stadionunda oynamağa qərar verib.

“Neftçi” oyunadək Kişinyovda məskən salacaq. Bakılılar “Radisson Blu Leogrand Hotel”i seçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti