"Qarabağ" güclüdü, Azərbaycanda futbola böyük yatırımlar qoyulur"

5 İyul 2019 12:24 Avropa Liqası 686
"Qarabağ" güclüdü, Azərbaycanda futbola böyük yatırımlar qoyulur"

"Universitatya Krayova"nın baş məşqçisi Korneliu Papure Avropa Liqasındakı şanslarını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, 46 yaşlı mütəxəssis komandasını avrokuboklara hazır hesab edir.

O, I təsnifat mərhələsində "Səbail"i üstələmək gücündə olduqlarını düşünür: "Azərbaycanın "Qarabağ" klubu ilə yoxlama görüşü keçirdik.

Onlar Çempionlar Liqası və Avropa Liqasında müntəzəm çıxış edən güclü komandadı. Futbolda böyük yatırımlar qoyulur.

Oynamadan dəqiq nəsə demək olmur. Amma hesab edirəm ki, biz mərhələni adlaya bilərik".

"Səbail"lə "Universitatya Krayova" arasında oyunlar iyulun 11-də və 18-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti