“Burda stabilliyim var, iş yerimi dəyişmək haqda fikirləşmirəm”

5 İyul 2019 11:36 Avropa Liqası 655
“Burda stabilliyim var, iş yerimi dəyişmək haqda fikirləşmirəm”

“Səbail” yaxşı komandadı, xüsusən də hücumda güclüdürlər.

Kollektivdə, əsasən də sağ cinahda sürətli futbolçular var”.

Sportinfo.az xəbər verir ki, bunu fanatik.ro saytına “Zirə”nin rumıniyalı futbolçusu Adrian Skarlatake Avropa Liqasının I təsnifat mərhələsində vətənini təmsil edən “Universitatya" (Krayova) ilə “Səbail”in qarşıdurmasını dəyərləndirərkən deyib.

33 yaşlı mərkəz müdafiəçisinin sözlərinə görə, “Səbail” “Universitatya" üçün asan rəqib deyil.

O, həmvətənlərini Bakıda isti hava və süni örtüklü meydan problemi ilə üzləşəcəklərinə dair xəbərdarlıq edib:

“Elə də çox azarkeşləri olmadığına görə onlar üçün evdə və ya səfərdə oynamağın fərqi yoxdu. Bakı çox yaxşı yerdir, heç bir problem yoxdu.

Ancaq oyun saatında çox isti olacaq. Üstəlik, meydan süni örtüklü olduğu üçün çətin olacaq. Fikrimcə, şansalar bərabərdi.

“Universitatya"ya “Səbail” ilə matçlarda çətin olacaq. Onların avrokubokda ilk ilidir. Bu, təcrübəsi olmayan yeni komandadı.

Bakıda havanın isti olması və süni örtüklü meydan “Universitatya”ya problem yaradacaq. Krayovada rumınların daha böyük şansı olacaq.

Matça baxmağa gələcəm. Ümid edirəm ki, məşqə də baş çəkə biləcəm”.

Daha öncə “Xəzər Lənkəran” və “Keşlə”nin də formasını geyinmiş Skarlatake yay fasiləsində Rumıniyanın 2 klubundan təklif aldığını, lakin karyerasını Azərbaycanda davam etdirməyə qərar verdiyini söyləyib:

“Burda stabilliyim var, özümü yaxşı hiss edirəm. Ona görə də iş yerimi dəyişmək haqda fikirləşmirəm”.

İyulun 11-də “ASCO Arena”da keçiriləcək “Səbail” - “Universitatya” oyunu saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı iyulun 18-də Krayovada olacaq.c

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti