“Səbail”in Avropa Liqasının I təsnifat mərhələsində Rumıniyanın “Universitatya Krayova” komandası ilə ilk oyununun biletləri satışa çıxarılıb.
Sportinfo.az xəbər verir ki, iyulun 11-də “ASCO Arena”da keçiriləcək qarşılaşmanın biletlərini iticket.az saytından və iTicket şirkətinin bütün satış məntəqələrindən əldə etmək olar.
Biletlərin qiyməti 1 – 3 manat təşkil edir. “Səbail”in avrokubokdakı debüt matçı saat 20:00-da başlayacaq.

