"Səbail"in Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan "Krayova" əvvəlki adı "Universitatya"nı özünə qaytarıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Rumıniya Futbol Federasiyasının (FRF) İcraiyyə Komitəsi qərar çıxarıb.
Qərara əsasən, "Krayova" yarışlar zamanı "Universitatya" adından yararlana bilər. 2011-ci il iyulun 20-də FRF "Universitatya"nı ölkə çempionatından müvəqqəti kənarlaşdırıb.
Səbəb kimi klubun sabiq baş məşqçisi Viktor Pitsurke ilə idman mübahisəsini vətəndaş məhkəməsində həll etməklə, federasiyanın əsasnaməsini pozması göstərilib.
2014-cü ildə bu klub dağılıb və onun əvəzinə "Krayova" yaradılıb.
"Səbail" ilk oyunu iyulun 11-də evdə, cavab görüşünü isə iyulun 18-də səfərdə keçirəcək.

