Rauf Cabbarov Avropa Liqasının oyununa təyinat aldı

4 İyul 2019 17:24 Avropa Liqası 588
Rauf Cabbarov Avropa Liqasının oyununa təyinat aldı

FIFA referisi Rauf Cabarov UEFA-dan təyinat alıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 11-də keçiriləcək “Fola” (Lüksemburq) – “Çixura” (Gürcüstan) qarşılaşmasının baş hakimi olacaq.

Cabbarova Akif Əmirəli və Yaşar Abbasov kömək edəcək. Dördüncü hakim İnqilab Məmmədov olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti