"Neftçi"nin potensial rəqibi 11 qol buraxan rəqibə qalib gələ bilmədi

3 İyul 2019 16:12 Avropa Liqası 642
"Neftçi"nin potensial rəqibi 11 qol buraxan rəqibə qalib gələ bilmədi

"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi "Arsenal" yeni mövsümün hazırlıqlarını Avstriyada davam etdirir.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi yoxlama görüşündə qüvvəsini sınayıb.

Tulalılar "Pribram"la qarşılaşıb. Əvvəlki 3 sınaq matçında ümumilkdə qapısında 11 cavabsız top buraxan Çexiya klubu bu dəfə qolsuz bərabərliyə nail olub.

"Arsenal" Avropa Liqasının II mərhələsində "Neftçi" - "Sperantsa" (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.

İlk oyun iyulun 25-də Rusiyada, cavab görüşü isə avqustun 1-də rəqib meydanında keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti