5 futbolçunu əvəzedici heyətə göndərdilər - FOTO

3 İyul 2019 18:12 Avropa Liqası 971
5 futbolçunu əvəzedici heyətə göndərdilər - FOTO

"Səbail"in Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Universitatya Krayova" heyətində "təmizləmə işi" aparıb.

Rumıniya klubu 5 futbolçusunu əsas komandadan göndərib.

Onlar arasında ölkəmizdə çıxış etmiş Sezar Meza Kolli də var. Paraqvaylı yarımmüdafiəçi, eyni zamanda İsak Donkor, Andrey Krisrtea, Radoslav Dimitrov və Nuno Roşa artıq baş məşqçi Korneliu Papurenin ixtiyarında olmayacaq. Adıçəkilən oyunçular əvəzedici heyətə göndərilib.

Qeyd edək ki, "Səbail"lə "Universitatya Krayova" arasında oyunlar iyulun 11-də və 18-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti