Ermənistanlı hakim-inspektor "Neftçi"nin oyununa təyinat aldı

2 İyul 2019 17:24 Avropa Liqası 512
Ermənistanlı hakim-inspektor "Neftçi"nin oyununa təyinat aldı

“Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsində Moldova təmsilçisi “Sperantsa” ilə səfər matçının təyinatları müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, oyun Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

Referi Tim Marşal olacaq. Ona Pol Robinson və Odri Neteri kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirəcək.

UEFA nümayəndəsi Anna Bordyuqova (Ukrayna), hakim-inspektor isə Gevorq Hovhannisyan (Ermənistan) olacaq.

"Neftçi" ilə "Sperantsa" arasında ilk görüş iyulun 11-də "Zimbru" stadionunda keçiriləcək

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti