"Çelsi" ötən mövsümü icarə əsasında komandada keçirən Mateo Kovaçiçi birdəfəlik transfer edib.
Sportinfo.az xəbər verir ki, "zadəganlar" Xorvatiya millisinin üzvü ilə 5 illik müqavilə imzalandığını açıqlayıb.
Britaniya mətbuatı Kovaçiçin londonlularla hələ Avropa Liqasının final oyunu günü anlaşdığını yazıb.
Belə ki, mayın 29-da Bakıda "Arsenal"a qarşı keçirilən (4:1) həlledici qarşılaşmadan bir neçə saat öncə futbolçu paytaxtımızda rəhbərliklə bir araya gəlib və müqavilənin detallarında anlaşıb.
Kovaçiçin transferi "Real"a 45 milyon avro qazandırıb. "Çelsi" sadəcə, icarə müddətinin başa çatması üçün iyulun 1-nə qədər bunu ictimaiyyətə yaymayıb.

