"Şerif" "Neftçi"nin rəqibini böyük hesabla məğlub etdi

30 İyun 2019 09:36 Avropa Liqası 398
"Şerif" "Neftçi"nin rəqibini böyük hesabla məğlub etdi

Moldova çempionatında 15-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Sperantsa" səfərdə lider "Şerif"lə qarşılaşıb və 0:3 hesabı ilə uduzub.

"Şerif" 39 xalla liderdir. "Sperantsa" isə 19 xalla 6-cı sırada qərarlaşıb.

"Neftçi" və "Sperantsa" arasında ilk oyun iyulun 11-də Kişinyovda keçiriləcək və Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Cavab matçı isə 1 həftə sonra Bakıdakı 8-ci km stadionunda olacaq və saat 21:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti