"Səbail"in Avropa Liqasında rəqibi olan "Univeristatya Krayova" Avstriyadalı təlim-məşq toplanışında növbəti yoxlama matçında Çexiya "Viktroya"sına 1:3 hesabıyla uduzub.
Sportinfo.az xəbər verir ki, məğlubiyyəti şərh edən rəqibin baş məşqçisi bu qarşılaşmalarda nəticənin əhəmiyyət kəsb etmədiyini bildirib:
"Texniki, taktiki, fiziki hazırlıq keçirik. Təlim-məşq toplanışımızda öz vəzifələrimiz var.
Bu matçda br neçə yeni futbolçunu sınadıq. Komandanın hərəkətlilyindən, yaradılan qol vəziyyətlərindən və göstərilən oyundan ümumilikdə razıyam.
Əlbəttə, daha da yaxşılaşdırmalıyıq. Əsas vəzifəmiz rəsmi matçlara, Avropa Liqası və Rumniya çempionatı görüşlərinə hazır olmaqdı".
Rumınların yeganə qolunun müəllifi Mixay Roman olub. Futbolçu yaxşı komandayla qüvvələrini sınadıqlarını söyləyib:
"Sevinirəm ki, qol vura bildim. Avropa Liqası matçlarına hazırlaşırıq. Azərbaycan komandasıyla görüşədək hazır olmalıyıq. Əsas odur ki, orda nəticə göstərək".
Onu da bldirək ki, rəqibimizin baş məşqçisi fasilədən sonra bütün heyəti dəyişməyərək 60-cı dəqiqədə 6 əvəzləmə edib.

