Moldova kubokunda 1/8 final mərhələsinin iki görüşünün vaxtı dəyişdirilib.
Sportinfo.az xəbər verir ki, "Petrokub" və "Sperantsa"nın rəqibləri ilə cavab qarşılaşması öncədən təyin edilən vaxtda keçirilməyəcək.
Oyunlar 6-7 iyul tarixində olmalı idi. Lakin hər iki komandanın avrokuboklardakı iştirakına görə, həm "Tiqina" - "Petrokub", həm də "Sperantsa" (Nisporeni) - "Sperantsa" (Drokiya) görüşü gələn ayın 5-də keçiriləcək.
"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Nisporeni "Sperantsa"sı Moldova kubokunun 1/8 final mərhələsinin ilk oyununda 6:1 hesablı qələbə qazanıb.
"Neftçi" ilə "Sperantsa" arasında oyunlar iyulun 11-də və 18-də keçiriləcək.

