Usmanov “Neftçi”nin potensial rəqibinə 600 milyon ayırdı

29 İyun 2019 11:36 Avropa Liqası 769
Usmanov “Neftçi”nin potensial rəqibinə 600 milyon ayırdı

Rusiyalı milyarder Alişir Usmanov Tula “Arsenal”ına 600 milyon rubl ayırıb.

Sportinfo.az xəbər verir ki, “Arsenal” başa çatan mövsümdə Rusiya çempionatında 6-cı pilləni tutub.

Komanda Avropa Liqasında oynamaq hüququ qazanıb. Klub rəhbərliyi maliyyə çatışmazlığını aradan qaldırmaq üçün Əlişir Usmanova müraciət edib.

O, tulalıların xahişini geri çevirməyib və növbəti mövsüm üçün kluba 600 milyon rubl ayıracağını bildirib.

“Neftçi” Avropa Liqasının birinci təsnifat mərhələsində Moldovanın "Speranta" komandasını mübarizədən kənarlaşdıra bilsə, ikinci mərhələdə “Arsenal”la qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti