"Səbail"in Avropa Liqasının birinci təsnifat mərhələsində qarşılaşacağı "Krayova" ilə cavab matçının başlama saatı müəyyənləşib.
Sportinfo.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Rumıniya təmsilçisinə qarşı səfər oyunu iyulun 18-i, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
"Səbail"in Bakıdakı görüşünə isə iyulun 11-i, yerli vaxtla saat 20:00-da start veriləcək.

