Qazancımız elə bu…

26 İyun 2019 18:00 Avropa Liqası 614
Qazancımız elə bu…

UEFA Avropa Liqasının Bakıda keçirilən final oyununu stadiondan izləyən azarkeşlərin dəqiq sayını açıqlayıb.

“Çelsi” - “Arsenal” qarşılaşmasını Bakı Olimpiya Stadionuna 51370 nəfər tamaşaçı yerində izləyib.

Bu, son 10 ildə Avroliqa finallarında azarkeş sayına görə ən yaxşı üçüncü göstəricidi.

İlk iki yerdə isə müvafiq olaraq, ötən il Lionda keçirilən “Marsel” – “Atletiko” (0:3, 55768 tamaşaçı) və 2012-ci ildə Buxarestdə baş tutan “Atletiko” – “Atletik” (3:0, 52347 tamaşaçı) finalları qərarlaşıb.

UEFA sözügedən final matçı üçün satışa 63 min bilet çıxartmışdı.

Hələ bu finala qədər «Arsenal»ın Bakıya gəlmək ehtimalı gündəmə gələndə, Azərbaycan dövlətinin birmənalı zəmanəti var idisə, başqa müzakirə bəhanəsi ola bilməzdi.

Torpağı işğal olunmuş, qaçqın və köçkünü olan, şəhid ailələri olan bir ölkənin əsl sülhpərvərliklə bu qədər güzəştə getməsi isə dövlətimizin idman prinsiplərini siyasiləşdirməydinin və mövqeyinin örnəyi idi.

Futbolun təhlükəsizliyinin qabardılması üçün ən son nümunə gimnastların Bakıdakı rəqabətindən sonra erməni idmançıların bəyan etdiyi fikirlər də yetərli idi.

Avropa Oyunları zamanı ermənilərin Bakıda üzləşdiyi problemlər barədə iddialar isə faktsız-nümunəsiz, misalsız-məsəlsiz olaraq qaldı. Bu ideyanı da bədxahlarımız çox uzağa apara bilmədilər.

Əgər həqiqətən iki ölkə arasında münasibətlərin müsbətə doğru dəyişdərməyə çalışanlar üçün məhz bu, müsbət nüumunələri dəyərə mindirmək üçün fürsət idi.

Çünki sırf futboldan söhbət gedirsə, o futbolçunun iştirakının «Arsenal»ın gücünə güc qatması kimi absurd iddianı irəli sürmək doğru deiyldi və aydındır ki, futboldan anlayışı olmayanlara söylənəcək nağıl idi.

Henrik Mxitaryanın Bakıya gəlməmək barədə qərarı şəxsi qərarı olmalı və siyasi məqsədlərə xidmət etməməli idi. Hərçənd ermənin də bunu reytinq əmsalı ilə ölçməsi gün kimi aydındı.

Çünki onun Bakıda hər hansısa təzyiqlə üzləşməyəcəyi və bunun da ölkəmizin imici baxımından müsbət rolunu oynayacağını o da gözəl bilirdi.

Amma ölkəmizin haqq sözünü dünyaya çatdırmaq üçün bu nümunələrə elə bir ehtiyacı yoxdu. Qazancımız elə bu final oyunun təşkilatçılığı kimi, ciddi və əsaslı layihələrdi.

KAMİL

“Çelsi” (London, İngiltərə) – “Arsenal” (London, İngiltərə) 4:1 (0:0)

29 may. 23:00. Bakı. Olimpiya stadionu. 51.370 tamaşaçı.

Hakimlər: Canluka Rokki - Filippo Meli, Lorentso Manqanelli - Daniele Orsato (İtaliya).

VAR hakimləri: Massimiliano İrrati (İtaliya) - Marko Qvida (İtaliya), Şımon Marçinyak (Polşa) - Pavel Sokolniçki (Polşa).

Qol: Jiru, 49, Pedro, 60, Azar, 65-pen., 72//İvobi, 69.

Sarı vərəqə: Pedro, 56, Kristensen, 68.

"Çelsi": Kepa Arrisabalaqa, Sesar Aspilikueta, Andreas Kristensen, David Luis, Emerson, Jorjinyu, Nqolo Kante, Mateo Kovaçiç (Ross Barkli, 76), Eden Azar (Davide Zappakosta, 89), Olivye Jiru, Pedro Rodriges (Villian, 71). Baş məşqçi: Maurisio Sarri.

"Arsenal": Petr Çex, Eynsli Meytlend-Naylz, Sokratis Papastatopulos, Loran Koselni, Naço Monreal (Aleks İvobi, 66), Sead Kolaşinats, Lukas Torreyra (Matteo Günduzi, 66), Qranit Çaka, Məsud Özül (Co Uillok, 77), Pyer-Emerik Obameyanq, Aleksandr Lyakazett. Baş məşqçi: Ünay Emeri.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti