"Neftçi"nin Avroliqadakı rəqibindən darmadağın

26 İyun 2019 16:00 Avropa Liqası 558
"Neftçi"nin Avroliqadakı rəqibindən darmadağın

Moldova kubokunda 1/8 final mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, "Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Sperantsa" ilk görüşdəcə cütün taleyini həll edib.

Nisporeni təmsilçisi aşağı liqadan olan adaşı Drokiya "Sperantsa"sını doğma arenasında 6:1 hesabı ilə məğlub edib.

Bununla "Neftçi"nin rəqibi cavab görüşünü formallaşdırıb və 1/4 finala vəsiqəni, demək olar ki, təmin edib.

Bu komandalar arasında cavab oyunu iyulun 6-da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti