"Səbail"in kapitanının avazı yaxşı gəlir - FOTO

25 İyun 2019 10:48 Avropa Liqası 605
"Səbail"in kapitanının avazı yaxşı gəlir - FOTO

"Yaxşı kollektivimiz və futbolçularımız var".

Sportinfo.az xəbər verir ki, bunu "Səbail"in müdafiəçisi Eltun Yaqublu deyib.

Kapitan klubun rəsmi saytına açıqlamasında Avropa Liqasının I təsnifat mərhələsindəki şanslarını dəyərləndirib.

Yaqublu Rumıniya təmsilçisi "Universitatya Krayova"nı üstələyəcəklərinə inandığını bildirib: "Rəqibin necə təcrübəli komanda olduğunu bilirik.

Qələbə qazanmaq üçün bütün gücümüzlə oynayacağıq. İnanırıq ki, növbəti mərhələyə yüksələn komanda biz olacağıq".

"Səbail"ilə "Universitatya Krayova" arasında oyunlar iyulun 11-də və 18-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti