UEFA “Neftçi”yə vaxt təyin etdi

25 İyun 2019 00:20 Avropa Liqası 754
UEFA “Neftçi”yə vaxt təyin etdi

“Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı Moldova “Speranta”sı ilə ilk oyununun başlama saatı açıqlanıb.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyulun 11-də Moldovanın paytaxtı Kişinyovda, “Zimbru” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Komandalar arasında cavab oyunu isə 1 həftə sonra Bakıda olacaq.

Bu cütün qalibi 2-ci təsnifat mərhələsində Rusiyanın "Arsenal" (Tula) klubu ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti