“Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində rəqibi olan Moldovanın “Speranta” klubu ölkə çempionatında növbəti matçını keçirib.
Sportinfo.az xəbər verir ki, sözügedən komanda 14-cü tur çərçivəsində doğma meydanda “Milsami” ilə üz-üzə gəlib.
“Speranta” 49-cu dəqiqədə buraxdığı qolla bu oyunu 0:1 hesablı məğlubiyyətlə başa vurub.
“Speranta” hazırda 19 xalla 8 komanda arasında 5-ci pillədə qərarlaşıb.

