"Əsas iştirakdı" olimpiya prinsipini rəhbər tutan futbol başbilənlərimiz Lixtenşteyn, Macarıstan və Slovakiya fiaskolarından özünə gələ bilməyən azarkeşlərə bir neçə gün sonra növbəti xoşagəlməz sürpriz hazırlayıb.
"Səbail" bu heyətlə Avropa Liqasında oynamaqdan imtina etsə, daha urvatlı olar, uzağı, 0:3 hesablı texniki məğlubiyyət alarlar.
Çünki "Universitatya Krayova"ya daha biabırçı hesablarla uduzmaları realdı.
Şöhrətpərəstlik qanımızdadı. Maykl Essyenin adına filan qədər pul verib, ondan heç bir fayda görməməkdənsə, komandanı gücləndirəcək, oynayan futbolçular al da! İndiki heyət üzvlərinin yarıdan çoxu "Səbail"dən getsə, Azərbaycanda belə, özlərinə klub tapacaq səviyyədə deyillər.
Heyf ki, "Sabah"ın bu il Avropada oynamaq şansı yox idi... "Sabah" və "Zirə" avrokuboklarda ölkəmiz adına daha layiqli çıxış edəcək gücdəydilər.
"Qarabağ" və "Neftçi" bu rəqibləri keçməyə borcludu. "Səbail" isə rumınlardan reytinq xalları qopara bilsə, uğur sayılar. Amma futbolda hər şey olur. Bəlkə də hər 3 klubumuz ilk mərhələni keçdi.
"Səbail" və "Qarabağ" transfer çalışmalarında hələlik passivdi. "Neftçi" isə tam əksinə, 2 dəfə Avroliqanın qrupuna yüksələn "Qəbələ"nin 3 aparıcı legionerini gətirib. Bu heyət Avroliqanın qrupu ümidini verir.
Təzə yaranmış klub olan "Qəbələ" iki dəfə təsnifatdan gəldi düşdü qrupa. "Qarabağ" legionersiz nələr etdi, sonra da ÇL qrupuna düşdü.
Mən demirəm ki, düşəcəklər. Məncə, bu mövsüm heç bir klubumuz düşə bilməyəcək qrupa.
Amma "Neftçi"nin də, "Qarabağ"ın da o potensialı var. "Neftçi"də işləri Roberto Bordin korlayır. Kaş bir yaxşı baş məşqçi gətirərdilər.
Ruslan Abışov getməməli idi. Vojislav Stankoviç əla transferdi. Bu ikisi olmalı idi mərkəzdə( Amma olan oldu.
Ən birinci mərkəz hücumçusu lazımdı. Amma Sansone, Karikari kimi yox, ən azı Kanales kimi qolları sıralayan.
Hərçənd Kanalesdən də xoşum gəlməyib heç vaxt. Sadəcə, qol vuran oyunçu, mərkəz hücumçusu lazımdı ən birincisi.
İnanıram ki, "Neftçi" bu il avrokuboklarda klublarımız arasında ən yaxşı nəticəni göstərəcək.
Anar Şabanoğlk

