“Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Speranta”nı məğlub edəcəyi təqdirdə, 2-ci təsnifat mərhələsində qarşılaşacağı "Arsenal” yoxlama oyunu keçirib.
Sportinfo.az xəbər verir ki, “Arsenal” Rusiyanın birinci liqa təmsilçisi “Avanqard”la qarşılaşıb.
Matç Tula klubunun 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. “Arsenal” iyunun 23-də daha bir birinci liqa təmsilçisi – “Luç”la qarşılaşacaq.

