“Universitatya"nın futbolçuları "Səbail"ə satılacaqmı?

21 İyun 2019 15:00 Avropa Liqası 791
“Universitatya"nın futbolçuları "Səbail"ə satılacaqmı?

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, Rumıniya təmsilçisi “Universitatya Krayova” ilə düşmələri ilə bağlı deyib:

“Görünən odur ki, püşkdə daha münasib komandalar olsa da, potensial rəqiblərdən ən güclüsü bizə düşdü.

Ancaq layiqli mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz futbolçuları hər iki oyuna daha yaxşı hazırlamaqdı.

Rəqibimiz köklü komandadı. Heyətlərində fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Hətta onlardan bir neçəsini tanıyıram.

Transfer pəncərəsində menecerlər tərəfindən təklif olunanlar arasında rəqibin heyətində olan futbolçular da var.

Çətin rəqib olsa da, pozitiv düşünürük. Məqsədimiz ölkəmizi layiqincə təmsil etməkdi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti