Riskə getməyən "Neftçi" sürət yığmaq istəyir, Bordin qarışmır

20 İyun 2019 15:48 Avropa Liqası 790
Riskə getməyən "Neftçi" sürət yığmaq istəyir, Bordin qarışmır

"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi İsveçrənin Nyon şəhərində müəyyənləşdi.

Roberto Bordinin baş məşqçi olduğu kollektiv Moldovadan "Speranta" ilə qarşılaşacaq.

"Neftçi" "Sperantsa"nı mübarizədən kənarlaşdıracağı təqdirdə, II təsnifat mərhələsində "Arsenal" (Tula) ilə üz-üzə gələcək. İlk matç səfərdə olacaq.

Avropa Liqasında I təsnifat mərhələsinin oyunları 11-18 iyulda, II təsnifat mərhələsi isə 25 iyul-1 avqustda keçiriləcək.

Ötən mövsümün sonunda başı daşa dəymiş və özünü doğrultmaq üççün çalışmalı olan «Neftçi» ilə avrodebütant «Səbail» hələlik daha çox fəallıq göstərirlər. Lakin bu fəallıq lokal xarakterli yeniləşmə üzərində qurulub.

Bununla belə «Neftçi» ölkə səviyyəsində daha ciddi futbolçuların transferi ilə məşğul olub. Geri dönmüş Dariu Frederiku ilə yanaşı, kluba «qəbələlilər» gəliblər:

Rauf Əliyev, Voyislav Stankoviç və Stiven Cozef-Monroz. Bu futbolçuların «ağ-qaralar»ın oyun sxeminə uzlaşması mümkündür.

Lakin klubda daha sanballı bir heyət quruculuğuna ehtiyac var. Hələlik bu baş vermədiyindən, hazırlıq dövrü ilə ölçüb-biçmək məcburiyyəti yaranıb.

Heyəti Məhəmməd Mirzəbəyov, Qoran Paratski, Petru Raku, Canluka Sansone tərk ediblər. Ruslan Abışov isə “Sabah»ın şərəfini qoruyacaq. Bu arada «Neftçi» qapıçısı Səlahət Ağayevin gedişinin qarşısını ikiillik müqavilə ilə alıb.

Yaxşı cəhətlərdən biri kimi, «Neftçi» ölkə xaricində hazırlığını erkən başlayıb. İyunun 10-dan fiziki hazırlıq üzərində çalışan kollektiv təlim-məşqini plan üzrə Türkiyədə davam etdirəcək.

Ediən transferlərdən görünür ki, Roberto Bordin öz siyahısını hazırlamayıb. Yəni, ilk ildə olduğu kimi, yenə ona hazır siyahı verilib və seçimi bu çərçivədə aparıb.

Hər halda «Neftçi»nin riskdən qaçdığı göz önündədi. Gələn futbolçuların hamısı yerli bazara tanışdı, kimin nəyə qadir olduğu bilinir.

Bunu belə başa düşək – klub idarəçiləri ötən yay yol verdikləri xətaların təkrarlanma ehtimalının yüksək olmasından ehtiyatlanır.

Braliç, Karikari, Paratski kimi yanlış transferlər komandaya həm avrokuboklarda, həm də ölkə çapında ciddi sıxıntı yaratdı, çoxsaylı tənqidləri bərabərində gətirdi.

Bu, eyni zamanda, büdcənin nisbətən boşalmasına gətirib çıxardı.

Bordinin mövcud yanaşmadan və strategiyadan məmnun olduğunu söyləmək çətindi, özü hər nə qədər bunu etiraf etmək istəməsə də.

De-fakto, o, sadəcə, məşqçidi, öhdəliyinə düşən səlahiyyətləri böyük ölçüdə güzəştə gedib.

CEYHUN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti