"Qəbələ"də gözlənilən süqut?

20 İyun 2019 11:48 Avropa Liqası 801
"Qəbələ"də gözlənilən süqut?

Azərbaycanı Avropa kuboklarında təmsil edəcək klublar yeni mövsümün hazırlıqlarına başlayıb.

Gözlənildiyi kimi, 4 «Avropa standartlı»dan «Qəbələ» üçün yarış ən mürəkkəb ssenarilərdən biri ilə keçəcək.

Dünən Avropa Liqasında II təsnifat mərhələsinin püşkü atılıb və "Liqa yolu" ilə mübarizə aparan Azərbaycan təmsilçiləri də potensial rəqiblərini tanıyıb.

Azərbaycan kubokunun qalibi "Qəbələ" birbaşa II mərhələdən yarışa qoşulacaqsa, Premyer Liqanın gümüş və bürünc mükafatçıları "Neftçi" ilə "Səbail" I raunddakı rəqibi üstələməlidi.

UEFA reytinqində əmsalı 6,250-ə bərabər olan “qırmızı-qaralar” səpələnmişlər səbətində yer alıb.

“Qəbələ” "Dinamo" (Gürcüstan) - “La Fiorita” (San-Marino)/“Enqordani” (Andorra) cütünün qalibi ilə üz-üzə gələcək. Bu mərhələnin matçları iyulun 25-də və avqustun 1-də baş tutacaq.

Söz yox, «Qəbələ»nin seçimi daha böyük maraqla və deyərdim ki, həsrətlə gözəlinilir. Mövsüm bitən kimi klub, əsasən, öz yetirmələrinə güvənəcəyini elan edib.

Bunanla yanaşı, bir neçə transfer də mümkündü, deyilib. Artıq komandada ənənəvi yay yarpaq tökümü başlanıb.

Cavid Hüseynovla Elvin Camalov "Zirə"ni seçiblər. Rauf Əliyev, Stiven Cozef-Monroz və Voyislav Stankoviç "Neftçi"də qərarlaşıblar.

Komandanı İlqar Qurbanov, Lalavele Atakora və Sabien Lilay da tərk edib. Bu şəraitdə Kamal Mirzəyevlə «Zirə»dən Sadiq Quliyevin transferinin gedənlərlə tərəzi ölçüsü müqayisə oluna bilməz.

Komanda ötən bazar günü, digər 3 Avropa təmsilçimizdən ən axırıncı olaraq, təlimlərə başlayıb. Qəbələdən sonra klub Bakıda məskunlaşacaq və hazırlıqların birinci mərhələsini «Zirə» ilə yoxlama qarşılaşmasında başa vuracaq.

İyulun 4-də kubokun sahibi Türkiyəyə üz tutacaq və ayın 18-nə qədər tam hazırlığı başa vurmağa çalışacaq.

3 yoxlama matç planlaşdırılır. Biri iyulun 7-də Ukrayna «Mariupol»u ilə olacaq. Ayın 12-də və 17-dəki rəqiblər hələ bəlli deyil.

Avropa Liqasında ölkəmizi təmsil edəcək və vaxtilə qrupda mübarizə aparmış bir klub strategiyasını, baxışını dəyişsə də, birinci diviziondan Oruc Balaşlı, İlqar Ələkbərov, Eyyub Əliyev və Murad Musayevi baxışa cəlb edib.

Bu baxış məsələsi ölkəmizin ən böyük futbol xəstələyinə çevilib. Üstəlik, nə qədər maliyyə durumu yaxşı olmasa belə, Avropa liqasına gedən ərəfədə futbolçunu baxış üsulu ilə çeşidləmək qeyri-peşəkarlıq əlamətidi.

Hər halda ümid edək ki, komanda bu heyətlə əsl mübarizlər kimi yalnız mərhələ barədə düşünəcək.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti